Rəcəb Tayyip Ərdoğan növbəti dəfə Suriyaya qarşı səs tonunu yüksəldib.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, Türkiyə lideri bu bəyanatını Suriya qüvvələrinin hava hücumu nəticəsində daha bir türk əsgərinin İdlibdə şəhid olmasından sonra verib.
Qeyd edək ki, Ankara və Dəməşq arasındakı gərginliyə Suriyada hökumət qüvvələrinin bombardmanı nəticəsində 13 türk əsgərinin şəhid edilməsi səbəb olub.
Məlumat üçün bildirək ki, fevralın 4-də 20-dən çox insanın ölümü ilə nəticələnən bombardmandan sonra Türkiyə ilə Suriya rejimi arasındakı vəziyyət kəskinləşib. Toqquşmalara Rusiya aviasiyasının dəstəklədiyi Suriya rejiminin dekabr ayından etibarən İdlibdə iki müşahidə postunu ələ keçirməyə çalışması səbəb olub. Məlumat üçün bildirək ki, bu postlar 2018-ci ildə Ankara ilə Moskva arasında bağlanmış müqavilə çərçivəsində inşa edilib.
Xatırladaq ki, fevralın 3-də baş verən hücum nəticəsində 8 türk əsgəri şəhid olub. İdlib yaxınlığında isə 5 türk əsgəri şəhid edilib. Türkiyə isə cavab olaraq 13 Suriya əsgərini qətlə yetirib. Qeyd edək ki, Suriyada 2011-ci ildən başlayan döyüşlər nəticəsində 380 min insan məhv olub. 20 milyon nəfər isə öz yurd-yuvasından didərgin düşüb.
AKP rəhbəri R.T.Ərdoğan qeyd edib ki, 2018-ci ildə Soçidə Moskva və Ankara arasında əldə edilmiş razılaşmaya görə, əgər müşahidə postunda bir əsgərimiz yaralanarsa belə, İdlibdə rejim qüvvələrinə zərbələr ediriləcək:
«Biz bunu bütün zəruri vasitələrdən istifadə edərək həyata keçirəcəyik. Heç bir tərəddüd etmədən, istər hava, istərsə də qurudan ağır zərbələr endiriləcək ».
Ərdoğan Suriya qüvvələrini müşahidə postlarından geri çəkilməyə çağırıb.
Qeyd edək ki, ötən həftə sonu baz ertəsi günü Rusiya nümayəndə heyəti ilə Türkiyə nümayəndə heyəti arasında görüş baş tuttub. Onlar İdlib məsələsini müzakirə ediblər. Bu gün isə mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib ki, növbəti günlərdə Türkiyə nümayəndə heyəti Moskvaya səfər edəcək. Səfər çərçivəsində İdlibdəki vəziyyətə dair müzakirələrin yeni seriyası başlayacaq.