İtaliyada gün ərzində koronavirusdan 475 nəfər ölüb


İtaliyada son 24 saat ərzində koronavirusa yoluxanlardan 475 nəfər dünyasını dəyişib. 

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu göstərici ötən günlərdən bəri ən çox ölüm hadisəsidir.

Ölkədə koronavirusdan ölənlərin sayının ümumilikdə 2 min 978 nəfərə çatdığı bildirilib.