Moskvada son sutka ərzində 37-86 yaş aralığında 37 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılan Əməliyyat Qərargahının məlumatında bildirilib.
Qeyd edilib ki, ölənlər arasında 37 yaşlı xəstədə ikitərəfli polsezimal pnevmoniya diaqnozu qoyulub. O, həmçinin, hipertoniyadan əziyyət çəkirmiş. Digər xəstədə Daun sindromu qeydə alınıb.
Qeyd edək ki, bu günədək Moskvada koronavirusdan ölənlərin ümumi sayı 325 nəfərə çatıb.
Məlumat üçün bildirək ki, Rusiya hökuməti tərəfindən ölkədə pandemiyanın vəziyyəti barədə mütəmadi məlumat almaq üçün stopkoronavirus.rf adlı resurs istifadəyə verilib.