Türkiyədə koronavirusa yoluxanların sayı 100 mini keçdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 115 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Dəmirörən” Xəbər Agentliyi məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, son 24 saatda 40962 şübhəli koronavirus testindən keçib, onlardan 3116-nın cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 2491 nəfər ölüb, 101790 nəfər bu infeksiyaya yoluxub.

Reanimasiyada 1816 xəstə var. Müalicə olunan 2014 xəstə isə bu gün evə buraxılıb.