ABŞ-ın Nyu-York ştatında son sutkada 422 nəfər koronavirusdan ölüb ki, bu da dünənkindən 16 nəfər azdır.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryu Kuomo bildirib.
Qeyd edək ki, ötən gün 438, çərşənbə günü isə 474 nəfərin öldüyü deyilirdi. Nyu-Yorkda ən faciəvi göstərici aprelin 8-də qeydə alınıb – 799 nəfər. Ştatda koronavirusdan ölənlərin ümumi sayı isə 15 mindən çoxdur. Hazırda 14 200 nəfər xəstəxanalardadır.