Çin mediası Kim Çen Inın ölüm xəbərini yaydı


Şimali Koreyanın lideri Kim Çen Inın ölüm xəbəri yayıldı.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Çinin Honkonq bölgəsində translyasiya olunan HKSTV kanalı məlumat yayıb.

HKSTV kanalının vitse-direktoru Çinin “Weilbo” sosial şəbəkəsində bu informasiyanı “olduqca etibarlı mənbələrdən aldığını” yazıb.

Yaponiyanın “Shukan Gendai” jurnalı isə KXDR liderinin artıq bitkisəl həyatda olduğunu bildirib. 

Pekindəki qaynaqlar Şimali Koreya diktatorunun ürək-damar əməliyyatından sonra vəziyyətinin pisləşdiyini xəbər edib. Gələn informasiyada stend qoyan həkimin əllərinin titrəməsi nəticəsində ciddi səhvə yol verdiyi göstərilib.

Xatırladaq ki, Qərb mətbuatı daha öncə Çindən bir qrup həkmin Şimali Koreyaya ezam olunduğunu xəbər etişdi. Kim Çen Inın koronavirusa yoluxmaq təhlükəsinə görə Yapon dənizinin Şərqi-Koreya körfəzindəki sahillərində yerləşən bir villaya çəkildiyi də gələn xəbərlər arasında idi.