Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 51 yoluxma halı qeydə alınıb.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, ölkədə yeni koronavirusa yoluxanların ümumi sayı 2 656 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (479) və Astana (842) şəhərlərində qeydə alınıb.