Misirdə koronavirusdan ölənlərin sayı 307 nəfərə çatıb


Misirdə son sutka ərzində COVID-19 virusundan 13 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi koronavirusdan ölüm hallarının 307 nəfərə çatdığını bildirib.

Nazirliyin məlumatında qeyd edilib ki, aprelin 25-də ölkədə 227 nəfər koronavirusa yoluxub. Onların hamısı yerli sakinlərdir. İndiyədək Misirdə COVID-19 virusuna 4319 yoluxma halı aşkar edilib. Bundan başqa, son sutka ərzində 39 pasiyent sağalıb, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayı isə 1114 nəfərə çatıb.

Misirin Səhiyyə naziri Halə Zayid bildirib ki, koronavirusla bağlı müraciətləri operativ şəkildə qəbul etmək məqsədilə “WatsApp” mesaj xidməti və daha iki "qaynar xətt" yaradılıb. Onun sözlərinə görə, hazırda ölkədə COVID-19 testləri keçirən 26 laboratoriyada 900-dən çox tibb personalı və kimyaçı çalışır.