İran Prezidenti Həsən Ruhani ABŞ-ı Fars körfəzindəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.
“İnterfax” agentliyi xəbər verir ki, bu barədə H.Ruhani brifinqdə çıxışı zamanı danışıb.
“Amerikalılar bilməlidir ki, bura Fars körfəzidir, Nyu-York və ya Vaşinqton deyil. Onlar anlamalıdırlar ki, xalqımız min illər ərzində bu körfəzi müdafiə edib. İran xalqına qarşı onlar bədnam planlar qurmaqdan əl çəkməlidirlər”, - deyə H.Ruhani söyləyib.
Qeyd edək ki, rəsmi Pentaqon İrana məxsus 11 gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinin Fars körfəzindəki gəmilərinə yaxınlaşmasını təxribat kimi qiymətləndirib.