Fransada koronavirus infeksiyasından ölənlərin sayı son sutka ərzində 289 nəfər artaraq, ümumilikdə 24 376 nəfərə çatıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon açıqlamasında bildirib. Çərşənbə günü 24 087 nəfərin öldüyü deyilirdi.
“Martın 1-dən bəri virusdan ölənlər 24 376 nəfərdir”, - deyə Salomon brifinqdə deyib. O bildirib ki, xəstəxanalarda 15 244 nəfər, qocalar evində isə 9132 nəfər dünyasını dəyişib.
Fransada ümumilikdə 129 581 nəfər COVID-19 infeksiyasına yoluxub, son sutkada yoluxanların sayı isə 1139 nəfərdir.
Hazırda xəstəxanalarda 26,2 mindən çox virusa yoluxmuş xəstə var. Bununla yanaşı, xəstəxanalara yerləşdirilənlərin sayı azalmaqdadır. Son 24 saatda xəstəxanalarda daha 551 nəfər xəstə azalıb, reanimasiya şöbələrində olanların sayı da 4019-a düşüb.
Epidemiyanın başlanğıcından bəri, ev şəraitində sağalanlar istisna olmaqla, 49 mindən çox xəstə sağalaraq evə buraxılıb.