Rusiyanın Baş Naziri koronavirusa yoluxdu


 Rusiya Federasiyasının Baş Naziri Mixail Mişustin koronavirusa yoluxub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bi barədə o, RF Prezidenti Vladimir Putinə məlumat verib.

“Hörmətli Vladimir Vladimiroviç, indicə məlum oldu ki, koronavirusa görə verdiyim testlərin nəticəsi müsbət olub. "Rospotrebnadzor"un tələbinə uyğun olaraq mən özünütəcridə riayət etməli, həkimlərin tövsiyələrinə əməl etməliyəm. Bu, həmkarlarımı təhlükədən qorumaq üçün vacibdir”, - Mişustin Putinə deyib.
Qeyd edək ki, onların görüşü videokonfrans şəklində baş tutub.

Muşistin öz vəzifəsinin müvəqqəti icrası üçün müşaviri Andrey Belousovun xidmətlərini təklif edib. Vladimir Putin bu təkliflə razılaşıb.