Tramp bir aydan sonra Ağ Evi tərk etmək qərarına gəldi


ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyasına görə son bir ay ərzində ilk dəfə mayın 1-də Ağ Evi tərk edəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ Prezidenti Kemp-Deviddəki iqamətgahına yollanacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sonuncu dəfə martın 28-də Vaşinqtonu tərk etmişdi.