İranda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan daha 51 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İranda koronavirusdan ölənlərin sayı 6640 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 1383 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların sayı 107603 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 86 min 143 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2675 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.