İranda koronavirusdan ölənlərin sayı 7 mini ötüb


Son sutka ərzində İranda koronavirusa 2294 yoluxma halı aşkar edilib, 69 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 122 min 492 nəfərə, ölənlərin sayı isə 7 min 57-yə çatıb. Xüsusi rejimli xəstəxanalarda müalicə alan 95 min 661 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 712 nəfərin vəziyyəti ağırdır.