Kiyevin mərkəzində mən idim, Putin deyil - Bayden

Vladimir Putinin Ukraynaya və bütövlükdə Qərbə qarşı işğalçı müharibəsi uğursuzluğa düçar oldu. Rusiya zəifləyib, Qərb isə güclənib.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden yekun mətbuat konfransında deyib.

Bayden xatırladıb ki, Putin Ukraynanı işğal etməklə Kiyevi bir neçə günə ələ keçirməyə ümid edirdi:

"Həqiqət budur ki, müharibə başlayandan Kiyevin mərkəzində o deyil, mən dayanmışam. Putin heç vaxt orada olmayıb. Düşünün".

Bayden həmçinin qeyd edib ki, ABŞ ordusunun nəzarətində olmayan müharibə zonasına səfər edən ilk Amerika prezidentidir.