Bu gün İranda baş verən zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə xilasetmə xidmətlərindən "İSNA"ya bildiriblər.
Məlumata əsasən, onlar hamısı qaçarkən xəsarət alıblar.
Qeyd edək ki, bu gün İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin Gəçsaran rayonunun Doqonbədan şəhəri ətrafında 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 13:41-də 10 km dərinlikdə qeydə alınıb.