ABŞ Prezidenti Donald Tramp, sosial şəbəkələrdə məzmunun redaktəsi ilə bağlı iddialardan müdafiəni hədəfləyən qərar imzalayıb.
“RİA Novosti”nin məlumatına görə, Ağ Ev açıqlama verib.
“Amerika tarixində bu qədər kiçik korporasiyanın bu qədər insanın qarşılıqlı fəaliyyətinə nəzarət etməsi üçün bir presedent yoxdur”, - deyə Tramp jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin mesajların doğruluğuna dair qərarları, onlara dəyişikliklər edilməsi və ya bloklanması mahiyyət etibarilə redaktə siyasətidir və sosial şəbəkələr naşir rolunu oynayır.