Gürcüstanda koronavirusa yoluxanların sayı 757 nəfərə çatıb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 11 yoluxma halı qeydə alınıb. 

APA-nınyerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 757 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirus  səbəbi ilə 2966 nəfər karantində saxlanılır, 250 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 600 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.