Rusiyada son sutkada 181 nəfərin koronavirusdan ölüb


Rusiyada son sutka ərzində daha 8952 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 396 575 nəfərə çatıb.

Son sutka ərzində 181 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 4555 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 167 469 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Brazilyadan sonra üçüncü yerdə gəlir.