Türkiyədə bir polis şəhid olub


Türkiyənin Diyarbəkir vilayətində Bağlar rayonunda bir polis şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mərkəzində polisin "dayan” əmrinə tabe olmayan silahlı şəxs ona atəş açıb.

Nəticədə yaralanan polis xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.