Almaniya vәtәndaşlarının tәxliyә edilmәsinә dәstәk verәn Türkiyәyә tәşәkkür edib.
Publika.az xəbər verir ki, bu barәdә Almaniya Xarici İşlәr Nazirliyinin ''Böhran Mәrkәzi''nin rәsmi ''Twitter'' sәhifәsindәn verilәn mәlumatda bildirilib.
''Peru vә Kolumbiyadakı әmәkdaşlığa görә Türkiyәyә tәşәkkür edirik. Bu sayәdә 100-dәn çox Almaniya vәtәndaşı ölkәmizә gәlә bildi. Tәşәkkür edirik''.
Bu arada Boqota vә Limadakı Almaniya vәtәndaşları Türk Hava Yollarına mәxsus tәyyarә ilә Frankfurta gәtirilib.
Kolumbiya vә Perudan tәxliyә edilәnlәr arasında Fransa, Çexiya, Portuqaliya, İsveçrә, Avstriya, Finlandiya, Bolqarıstan, İspaniya, İsveç, Norveç, Polşa vә İtaliya vətəndaşları da olub.