Türkiyədə koronavirusdan ölüm sayı 4500-ü keçib


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 26 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. 

Nazir qeyd edib ki, son 24 saatda 39 230 şübhəli koronavirus testindən keçib, onlardan 983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4515 nəfər ölüb, 163 103 nəfər bu infeksiyaya yoluxub, 126 984 nəfəri isə müalicə olunub. Bu gün daha 1021 xəstə evə buraxılıb.