Əfqanıstan hakimiyyəti iki gün ərzində “Taliban” radikal hərəkatının 700-dən çox üzvünü sərbəst buraxıb və bazar günü təxminən daha 300 nəfər azad ediləcək.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
“Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal Əfqanıstan hökumətinin son iki gündə 710 “Taliban”lını müxtəlif həbsxanalardan azad etdiyini, prezidentin əmri əsasında onların sayının iki minə çatdırılması üçün sabah başqa 290 nəfərin də azad ediləcəyini bildirib”, - deyə telekanalın məlumatında bildirilir.