Yay fəslinin gəlməsindən iki həftə əvvəl ABŞ-ın Montana və Aydaho əyalətlərində Qayalı dağlar bölgəsində qar yağıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə qar yağışı və qar fırtınalarının foto və videolarını paylaşırlar.
Hava proqnozlarına görə, iyun ayı üçün qeyri-adi soyuq hava ABŞ-ın qərb bölgələrini və şimal düzənliklərini bürüyüb.