Bəşər Əsəd baş naziri vəzifədən azad etdi


Suriyanın Baş naziri İmad Xamis vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, bu barədə Prezident Bəşər Əsad qərar verib.

Bu qərarın səbəbləri ilə bağlı açıqlama verilmir.

Qeyd edək ki, İmad Xamis 2016-cı ildən Suriyanın Baş naziri işləyib.