Bakıda Ukrayna vətəndaşının meyiti tapıldı

Bakıda 62 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb.

Sherg.az Report-a istinadla xəbər verir ki, ötən gün Qaradağ rayonu, Ələt qəsəbəsi, Kotal kəndində 1962-ci il təvəllüdlü Ukrayna Respublikası vətəndaşı Oleksiinin Yuzvanın meyiti aşkarlanıb.

Oleksiinin Yuzvanın meyitinə baxış keçirilib, baxış zamanı hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.