Mövzu var: Hakan Fidan Yaşar Gülərlə ​​görüşüb

Türkiyə Xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər bir araya gəlib.

Sherg.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada “Nazirimiz Hakan Fidan Ankarada Milli Müdafiə Nazirimiz Yaşar Gülər ​​ilə görüşüb” deyilib. Görüşdən foto da paylaşılıb. Müzakirə olunan mövzu haqqında məlumat verilmir.