Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı verib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı verib.

APA xəbər verir ki, başsağlığı məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə çoxsaylı insan tələfatı ilə bağlı faciəli xəbəri dərin hüznlə və kədərlə qarşıladım.

Mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bütün zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirik.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm.