"Mixeil Saakaşvilinin həyatında bir çox ağır qanun pozuntuları var, bu gün onun açıqlamasından sonra onların üstünə yenə bir ağır pozuntu əlavə olundu".
24News.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun üzvü, millət vəkili İrakli Kobaxidze deyib.
Kobaxidze Saakaşvilinin Gürcüstanın tamamən dağıdılıb, yox olmasına sakit baxa bilməyəcəm deməsinə münasibət bildirib:
“Mixeil Saakaşvilinin bu bəyanatı birbaşa seçki qanunvericiliyinin pozulması deməkdir. O artıq Gürcüstan vətəndaşı deyil və Ukraynanın dövlət işçisidir, təbii ki, məsuliyyəti ikiqat artıqdır. Düşünürəm ki, xarici və daxili müşahidəçilər bu məsələ ilə maraqlanmalıdırlar. Ümid edirik ki, onun bəyanatına müvafiq reaksiya veriləcək”, - deyə Kobaxidze bildirib.