İran Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin öldürülməsini beynəlxalq məhkəməyə çıxarmağı planlaşdırır
“Anadolu” agentliyi bu barədə ölkənin Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Muhsin Baharvəndin açıqlamasına istinadla xəbər yayır.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin Ədliyyə, İnqilab Keşikçiləri Ordusu və Kəşfiyyat Nazirliyi ilə “Süleymana qarşı sui-qəsd” ilə əlaqədar araşdırmasının başa çatdığını, təhqiqatın nəticələrini beynəlxalq məhkəmələrə verəcəklərini deyib.
İstintaqın başa çatması üçün İraq və Suriyadakı müvafiq qurumlarla işbirliyinə ehtiyac duyduğunu bildirən Baharvənd bu mövzularda məsləhətləşmələr üçün sözügedən ölkələrə baş çəkə biləcəklərini bildirib.