Son 24 saatda Pakistanda yeni növ koronavirusa (COVID-19) 6472 yoluxma halı qeydə alınıb. Bununla da ölkədə bu virusa yoluxanların sayı 132 min 405 nəfərə çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə bu xəstəlikdən sağalanlar 50 min 56 nəfərdir. Son sutkada Pakistanda 88 xəstə dünyasını dəyişib və ölənlərin sayı 2551-ə yüksəlib.
Hazırda ölkənin müxtəlif xəstəxanalarında 79 min 798 pasiyent var.