Rusiyada son sutka ərzində daha 8835 nəfər koronavirusa yoluxub, 119 nəfər ölüb


Rusiyada son sutka ərzində daha 8835 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 528 964 nəfərə çatıb.

Son sutka ərzində 119 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6948 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 280 050 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.