Sabah 15 İyun tarixindən etibarən ölkədə dəmir yolu ilə sərnişinlərin ölkədaxili daşınması bərpa olunacaq.
24News.ge xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.
“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, sərnişinlərin təhlükəsiz daşınması təmin olunacaq.
Səhiyyə Nazirliyinin hazırladığı xüsusi qaydalara əsasən, sərnişinlər səfər müddətində tibbi maska taxmalı və sosial məsafə saxlamalı olacaqlar. Bundan başqa, qatarlara minən şəxslərin hərarəti ölçüləcək. Vaqonlarda əllərin dezinfeksiya edilməsi üçün xüsusi avadanlıqlar artıq quraşdırılıb. Koronavirusa xas simptomları olan sərnişinlərin qatara minməsi qadağan olunacaq.
Qeyd edək ki, sabah ilk olaraq qatarlar Tbilisi-Batumi, Tbilisi-Poti, Tbilisi-Ozurgeti, Tbilisi-Zuqdidi və Tbilisi-Kutaisi istiqamətində hərəkət edəcəyi bildirilir. Digər istiqamətlərdə isə qatarların hərəkəti növbəti günlərdə bərpa olunacaq. Sərnişinlərin hərəkət marşurutu üzrə biletlərin qiymətində, heç bir artım olmadığı qeyd olunur.