Türkiyənin Kırıkkale bölgəsində xristianlığın ilk dövrünə dair ikonoqrafik səhnələrin və dini ayinlərin təsvir edildiyi üç ədəd qədim dua kitabı ələ keçirilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, ceyran dərisi üzərində işlənmiş olan qədim əsərlər bölgənin təhlükəsizlik qüvvələrinin qaçaqmalçılığa qarşı keçirdiyi əməliyyat nəticəsində üzə çıxıb. Bildirilir ki, Suriyadan gətirilən kitabları 2 milyon 500 min türk lirəsinə (təxminən 360 min ABŞ dolları) satmaq istəyərkən saxlanılıb.