Şimali Koreya Cənubi Koreyanın de-fakto səfirliyini dağıdıb



Şimali Koreya Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşən de-fakto Koreyalararası səfirliyi dağıdıb. Bu, Pxenyanın Seulla gərginliyi artırmaq üçün atdığı ən son addımdır.

Cənubi Koreya mediası çərşənbə axşamı Koreyalararası əlaqə ofisinin yerləşdiyi Kaesonq sənaye kompleksi yaxınlığında partlayış səsi eşidildiyi və tüstünün olduğunu barədə məlumat yayıb. Bundan bir neçə dəqiqə sonra Koreyalararası əlaqələrdən məsul Seulun Birləşmə Nazirliyi binanın partladıldığını təsdiq edib.

Şimali Koreyanın dövlət mediası da təsisin "çox güclü" partlayış nəticəsində dağıdıldığını təsdiqləyib.

İdarənin dağılması Seula zərbə olsa da, bu addım əsasən simvolik məqsəd daşıyır, çünki o, aylardır istifadə olunmur. Cənubi Koreyanın işçi heyəti idarəni yanvarın sonunda koronavirus səbəbilə tərk ediblər.

Şimali Koreya rəsmiləri ötən həftə boyu dəfələrlə 2018-ci ildə iki Koreya arasında əməkdaşlığı və dialoqu yaxşılaşdırmaq məqsədilə imzalanan bir sıra razılıqlar çərçivəsində təsis olunan bu "lüzumsuz" idarəni dağıtmaqla hədələyirdilər.

Şimali Koreya Cənubi Koreyanın Şimali Koreyadan qaçanlar və digər fəallarında sərhəd boyu anti-Pxenyan vərəqələr və başqa materiallar paylamalarının qarşısını almaq üçün müvafiq tədbirlər görməməsinə görə qəzəblidir. Pxenyan Seulun vərəqələrin paylanmasının qarşısını almaq üçün atdığı aqressiv addımlara məhəl qoymayaraq cavab tədbirləri görməklə hədələyib.

Şimali Koreya daha öncə də dəfələrlə Cənubi Koreyadan iqtisadi və başqa güzəştlər əldə etmək üçün gərginliyi artırıb. Hazırda Pxenyan Seulun Koreyalararası münasibətləri artırmaq istəməməsinə görə məyusdur.

Şimali Koreya lideri Kim Conq Un və Cənubi Koreyanın prezidenti Mun Cae-in 2018-ci ildə üç görüş keçirib və görüşlərdən sonra gərginliyi azaltmağa, dialoqu artırmağa və iqtisadi cəhətdən qarşılıqlı əlaqələr qurmağa razılaşıblar.

Lakin bu razılıqları həyata keçirilmək Şimali Koreyanın nüvə proqramına tətbiq olunan beynəlxalq sanksiyalar səbəbilə çətin olub. Birləşmiş Ştatlar Şimali Koreya bütöv nüvə proqramından imtina etmədiyi təqdirdə sanksiyaları yumşaltmaq niyyətində olmadığını bildirib.

Belə görünür ki, Şimali Koreya Cənubi Koreyanı hədələməklə Seuldan Vaşinqtona dayandırılmış nüvə razılıqları ilə bağlı təzyiq göstərməyə çalışır. Bundan əlavə mümkündür ki, Şimali Koreyanın təxribatları ABŞ-la Cənubi Koreya arasında gərginliyi artırmaq məqsədi daşıyır.