Qazaxıstanda daha 5 nəfər koronavirusdan öldü


Qazaxıstanda koronavirus infeksiyasından 5 ölüm halı qeydə alınıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunlardan Nur-Sultanda - 1988-ci il təvəllüdlü kişi, Karağandı vilayətində - 1956-cı il təvəllüdlü kişi, Almatıda - 1962 və 1965-ci il təvəllüdlü iki kişi, Akmolinsk vilayətində - 1980-ci il təvəllüdlü kişi vəfat edib.

Ölüm halların öyrənilməsi üzrə Komissiyası bu halların koronavirus infeksiyasına yoluxma nəticəsində olduğunu qeyd etmək qərarına gəlib.

Qazaxıstanda ümumilikdə 105 ölüm halı qeydə alınıb: Nur-Sultan - 25, Almatı - 17, Şımkent - 12, Akmolinsk vilayəti - 7, Aktobe vilayəti - 1, Атырау vilayəti - 3, Şərqi Qazaxıstan vilayəti - 1, Jambıl vilayəti - 1, Qərbi Qazaxıstan vilayəti - 6, Qarağan vilayəti - 10, Qostanay vilayəti - 2 Mangistau vilayəti - 2, Pavlodar vilayəti - 13, Türküstan vilayəti - 5.