Dünyanı diz çökdürən koronavirus pandemiyasında hər kəsin maraqlandığı sual cavabını tapdı, ən müvəffəqiyyətli ölkələrdə belə virusa nəzarət itirilir. Qorxulan oldu, ikinci dalğa “partladı”.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hazırda koronavirusun 2 milyon 388 min insana yoluxduğu ABŞ-da, əyalətlərin az qala yarısında hadisə sayları yenidən artmağa başlayıb. Xüsusilə Arizona, Texas, Şimali və Cənubi Karolina və Floridada böyük artımlar qeydə alınıb.
Koronavirusu pandemiyasını əvvəllər ciddiyə almayan və hazırda isə küncə sıxılan ABŞ lideri Donald Tramp ilk seçki mitinqində hamını təəccübləndirib.
122 mindən çox itkinin olduğu ölkənin lideri Tramp belə deyib:
"Test etsəniz daha çox sayda insanı, daha çox sayda hadisəni taparsınız. Mən də qrupuma "Testləri yavaşladın” dedim".
Bu sözlərdən sonra şərh vermək məcburiyyətində qalan Ağ Ev, Trampın zarafat etdiyini bildirib. Ancaq ABŞ lideri eyni fikirləri bu dəfə də Twitter hesabından paylaşıb.
Ağ Evin iqtisadi məsləhətçisi Larry Kudlov isə bəzi əyalətlərdə hadisə saylarının ani artımı görünsə də, pandemiyanın ikinci dalğasının reallaşmadığını söyləyib.
“Reuters”in xəbərinə görə Kudlov şərhində, "Bəzi isti bölgələr var. Bunları izləyirik" deyərək ölkə maştabında iş yerlərinin bağlanılmasının mümkün olmadığını da sözlərinə əlavə edib:
"Hazırda bu məsələylə dair nə edəcəyimizi bilirik. Keçən qışdan bəri böyük bir məsafə qət edildi. İkinci bir dalğa gəlmir".
Ancaq dünya səviyyəsində Covid-19 epidemiyası ilə mübarizədə ən müvəffəqiyyətli ölkələrdən biri olaraq nümunə göstərilən Cənubi Koreya, ikinci dalğanın çoxdan partladığını rəsmi olaraq eşitdirdi.
Həkim Jeong deyib ki, son ortaya çıxan yoluxma halları ilə birlikdə ölkənin epidemiyada ikinci dalğanı yaşadığını söyləyə bilərik.
Xatırladaq ki, Cənubi Koreya bütün ölkə əhalisini evdə qalmağa məcbur etmədən epidemiyanı nəzarət altına almağı bacarmış, onun əvəzinə könüllü sosial məsafə qaydalarını və böyük sayda test aparıb təmasları izləmə strategiyası tətbiq etmişdi.
Ölkədə ilk hadisənin baş verdiyi 20 yanvar tarixindən bu günə qədər cəmi 281 nəfər Covid-19-dan həyatını itirdi, bu günə qədər cəmi 12 min 484 hadisə təsbit edildi.
İki həftə öncə ölkədə heç bir hadisə qalmadığını eşitdirən Yeni Zelandiyada isə, yeni hadisələr ortaya çıxır. Xaricdən gələn 9 yeni hadisənin təyin olunmasından sonra son 24 saatda daha iki test müsbət nəticə verib.
Hazırda koronavirus epidemiyasının mərkəzi sayılan Braziliyada isə vəziyyət ürək ağrıdır. Hadisə sayının 1 milyon 111 mini keçdiyi Cənub Amerika ölkəsində itkilərin sayı 51 mini ötüb.
ABŞ-dan sonra həm hadisə, həm də ölü sayında ikinci sırada yer alan Braziliyada mütəxəssislər epidemiyanın hələ ən yüksək pik nöqtəsinə çatmaq üçün həftələr qaldığını söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), epidemiyanın başlanğıcından bu yana dünya səviyyəsində ən çox yeni hadisənin təsbit edildiyini və ən çox elanın Şimali və Cənubi Amerikadan gəldiyini açıqlayıb.
Turan