Rusiyada bu gündən etibarən yeni bir əngəlin önü açılır. Berlin divarının yıxılmasını şəxsən Almaniyada izləyən Putinin siyasi karyerası üçün dönüş nöqtəsi yaşanır. BBC-dən Eva Ontiveros vəziyyəti belə şərh edib: "Heç kim gələcəyi görə bilməz, ancaq Vladimir Putin gələcəyi planlaşdıra bilər".
Baş nazir və dövlət başçısı olaraq Rusiyanın son 20 ilinə damğasını vuran Vladimir Putinin 2036-cı ilə qədər iqtidarda qalmasının önünü açan konstitusiya dəyişiklikləriylə əlaqədar referenduma başlanıb. Səsvermə 1 iyulda sona çatacaq.
Dəyişikliklərin qəbul edilməsi halında, mövcud vəzifə müddəti 2024-cü ildə sona çatan 67 yaşlı Putin, altı illik dövrlərlə iki dəfə də namizəd ola biləcək və növbəti seçkiləri də qazansa daha 16 il iqtidarda qala biləcək. BBC-dən Eva Ontiveros, gözlənildiyi kimi Putinin 2024-cü ildən sonra prezidentliyə namizəd olub, olmayacağı ilə əlaqədar qapını açıq saxladığını bildirir:
"Referendumun ilk etapda 22 apreldə keçirilməsi nəzərdə tutulurdu. Ancaq koronavirus epidemiyası səbəbindən səsvermə 25 iyuna təxirə salındı. Bu tarix, eyni zamanda Rusiyanın İkinci Dünya Savaşında nasist Almaniyasına qarşı qalib gəlməsi səbəbiylə qeyd olunan Zəfər Gününün 75-çi ildönümü mərasimlərindən bir gün sonraya təsadüf edir.
Müşahidəçilər, Zəfər Gününün milliyyətçi duyğuları artıracağını və bunun da ümumiyyətlə Putinin lehinə bir vəziyyət yaratdığını söyləyir. Seçicilər ictimai məsafə qaydalarına riayət etməklə 1 iyula qədər səs verə biləcəklər. Seçicilərin böyük bir hissəsinin məhz bu tarixdə səs hüququndan istifadə etməsi gözlənilir. Seçki məntəqələrində eyni anda kütləvi insan sayı olmasın deyə Moskva kimi bəzi bölgələrdə səsvermə elektron qaydada olacaq.
Turan