Ukrayna Nazirlər Kabineti karantin qaydalarının pozulmasına görə cəzalandırmaq siyasətinin davam etdiriləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Denis Şmıqal Nazir Kabinetinin iclasında bunu bəyan edib. Söhbət sosial distansiyaya və maska rejiminə riayət edilməməsindən gedir.
Ukrayna hökumətinin başçısı deyib: “Bazar ertəsindən etibarən karantin məhdudiyyətlərinə riayət etməyən müəssisələrə cərimə tətbiq edilməsi aksiyasına başlamışıq. Lakin, hörmətli Ukrayna vətəndaşları, biz sosial distansiya, maska rejimi və dezinfeksiya tədbirlərinə riayət olunmamasına görə cəzalandırma siyasətini davam etdirəcəyik”.