Səudiyyə kralı xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl Səud xəstəxanaya yerləşdirilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, 84 yaşlı kralın səhhəti ilə bağlı ayrı-ayrı fikirlər irəli sürülsə də, vəziyyəti daha sonra açıqlanıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan “SPA” kral Salmanın xəstəxanaya düşmə səbəbinin koronavirus olmadığını bildirib. Agentliyin xəbərinə görə, dövlət başçısının müalicəyə alınması onun öd kisəsindəki problemlə əlaqədardır.