WP: Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən F-16-ların döyüş meydanına birbaşa təsir göstərməsi ehtimalı azdır

ABŞ-ın dördüncü nəsil F-16 qırıcıları bir neçə həftə ərzində Ukraynada peyda olacaq, lakin Ukrayna və Qərb rəsmiləri onların Kiyevə Rusiya qarşısında üstünlük verəcəyinə şübhə edirlər.

APA xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.

Rəsmilər xəbərdarlıq edir ki, vaxtilə həlledici amil olacağı gözlənilən təyyarələrin döyüş meydanına dərhal təsir göstərməsi ehtimalı azdır. WP qeyd edir ki, Ukraynanın çox az təyyarəsi var, Rusiyanın isə onları vura biləcək kifayət qədər hava hücumundan müdafiə sistemi mövcuddur.

Materialda qeyd edilir ki, bu o deməkdir ki, ilk F-16 qırıcıları çox güman ki, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün istifadə olunacaq. Rəsmilər həmçinin etiraf ediblər ki, F-16-ların, ən azı, ilkin olaraq, cəbhə xəttinə çox yaxın uçmaq ehtimalı azdır. Bundan əlavə, Ukrayna rəsmiləri qeyd edir ki, Qərb F-16 qırıcılarını digər texnika növləri kimi çox az, çox gec çatdırıb.