Hizbullah bütün qırmızı xətləri keçdi - Katz

Hizbullahın bütün qırmızı xətləri keçdiyinə şübhə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İsrail xarici işlər naziri İsrail Katz Livandan Qolon təpələrində yerləşən Məcdəl-Şəmsə zərbə endirilməsini şərh edərkən deyib.

O bildirib ki, hücumdan sonra Baş nazir Netanyahu ilə müzakirə aparıb:

“Biz total müharibə ilə üz-üzəyik. Şübhə etmirəm ki, bunun əvəzini verəcəyik”.

Katz İsrailin mümkün cavab tədbirləri haqda danışmayıb.

Qeyd edək ki, Livandan Məcdəl-Şəmsdəki stadiona endirilən zərbə nəticəsində 9 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilir.