Təqdimat zamanı baş vermiş səhvə görə BOK Koreyadan üzr istədi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən Olimpiya Oyunlarında respublika yığmasının səhv olaraq Koreya Xalq Demokratik Respublikasının (KXDR) komandası kimi təqdim edilməsinə görə Cənubi Koreya rəhbərliyindən üzr istəyib.

Oxu.Az xəbər verir ki, BOK qurumun "X" sosial şəbəkə hesabında - "Olimpiadanın açılış mərasiminin yayımında koreyalı idmançıların təqdimatı zamanı baş vermiş səhvə görə üzr istəyirik", - deyə bildirilib.

Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi daha əvvəl bildirib ki, insidentlə bağlı BOK prezidenti Tomas Baxla görüşmək istəyir. Bundan əlavə, Seul Parisdən narazılığını ifadə edə bilər. Koreya Respublikasının Milli Olimpiya Komitəsi fransalı təşkilatçılardan gələcəkdə belə səhvlərə yol verməməyi xahiş edib.