Rusiyadan bunu gözləyirsiniz - Görməyəcəksiniz!

Qərb dövlətlərinin Ukrayna ilə bağlı hazırkı mövqeyi Rusiyanın mövqeyinə məhəl qoymamaq və Rusiya Federasiyasının təslim olmasını gözləməkdir, lakin bu, olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Hər kəs qulaqardına vurur və bizi konstruktiv yanaşmaya çağırmaqda davam edir. Əslində, onların anlayışına görə, bu, Rusiyanın kapitulyasiyadır, lakin bu, olmayacaq. Xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacaq, buna heç bir şübhə yoxdur”, - o bildirib.