İsraildə səhiyyə işçiləri tətil elan edib

İsraildə hökumətdən əmək haqlarının artırılmasını tələb edən tibb bacıları və feldşerlər tətilə başlayıblar.
Bu barədə “The Jerusalem Post” nəşri xəbər yayıb.
Mənbə yazır ki, tətil Maliyyə Nazirliyi ilə tibb işçilərinin nümayəndələri arasında keçirilən danışıqların uğursuzluqla yekunlaşmasından sonra başlayıb.
Tibb bacıları və feldşerlər koronavirusa yoluxma hallarının artması fonunda xəstəxanaların yüklənməsi ilə əlaqədar iş şəraitinin yaxşılaşdırılmasını və əmək haqlarının yüksəldilməsini tələb edirlər.