Ukraynada karantin yayın sonuna qədər uzadıldı

Ukraynanın Nazirlər Kabineti ölkədə karantinin avqustun 31-dək uzadılmasına qərar verib.
Korrespondent.net bu barədə ölkənin Baş naziri Denis Şmıqala istinadla xəbər yayıb.
“Biz uyğunlaşma karantinini avqustun 31-dək uzatmağı planlaşdırırıq. Hamımız görürük ki, bu yanaşma Ukraynadakı yoluxmaların səviyyəsini idarə etməyə imkan verir”, - deyə, o, bu gün keçirilən görüşdə bildirib.
Karantin müddətinin uzadılması qərarı yekdilliklə qəbul edilib.
Şmıqal əlavə edib ki, Ukraynada hər gün 20 mindən 30 minə qədər test aparılır.