Təhsil nazirliyi məktəblərlə bağlı açıqlama yaydı

Gürcüstanın Təhsil və Elm Nazirliyi ölkə daxilində yoluxmanın artması ilə əlaqədar olaraq məktəblərdə monitorinqi gücləndirir.

24News.ge xəbər verir ki, bu barədə Təhsil və Elm nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bütün təhsil ocaqlarında gigiyenik qaydalara ciddi riayət olunmasına nəzarət gücləndiriləcək.

Təhsil Nazirliyi, Gürcüstan daxilindəki bütün dövlət məktəbləri infeksiyanın qarşısının alınması üçün lazımi vasitələrlə tam təmin edildiyini bildirib:

"Bundan əlavə, dövlət tərəfindən maliyyələşdirilən, dövlət və özəl məktəb müəllimləri və rəhbər işçilərinin intensiv sistematik testləri davam edir.

Qeyd etmək lazımdır ki, valideynlərin istəyi ilə, virusun təsdiqlənməsi səbəbindən bu mərhələdə ölkə daxilində 37 məktəb və 117 ayrı sinif tam məsafədən təhsil alır.

Ölkə üzrə 52 məktəb distand qaydada təhsil prosesini davam etdirirdi. Bu məktəblərdən 15-i bazar ertəsindən etibarən sinif otaqlarında dərslərini davam etdirəcək", - deyə nazirliyin məlumatında bildirib.

Təhsil və Elm nazirliyi bu mərhələdə ölkə üzrə distant təhsil formasının tətbiq olunmasının gözlənilmədiyini qeyd edib. Nazirlik yoluxma halının təsdiq olunduğu siniflərin distand təhsilə keçəcəyini qeyd edib.