Fahrettin Koca: Türkiyədə koronavirusa yoluxanlar arasında gənclərin sayı artıb

Türkiyədə COVID-19-a yoluxanlar arasında yaşlılarla müqayisədə gənclərin sayı artıb.

Sherg.az  xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca şəxsi “Twitter” hesabı vasitəsilə bildirib.

Məlumata əsasən, son bir ay ərzində qardaş ölkədə COVID-19-a yoluxanlar arasında yaşı 65-dən yuxarı olanların sayı ümumi xəstə sayına nisbətən 14,39 faizdən 11,3 faizədək azalıb. Bunun əksinə gənclər arasında yoluxma hallarında artım müşahidə edilir.