Polis tələb etdi: "Maska taxmırsansa “qaz kimi yeri”

Hindistanda kronavirusa qarşı tələb olunan əsas qaydalardan biri də ictimai yerlərdə maskadan istifadə edilməsidir.

Qaydanı pozanlar inzibati qaydada cəzalandırılır. Lakin bu dəfə Hindistan polisi maska taxmayanlara qarşı fərqli cəza üsulu tətbiq edib.

Sherg.az "bizim.media"ya istinadən bildirir ki, qanuna riayət etəmənlərə "qaz kimi yerimək" cəzası verilib.

Bununla bağlı sosial media hesablarında video görüntülər yayılıb.

Belə ki, maska taxmayanlar şəhərin mərkəzində  sıra ilə düzülərək "qaz yerişi" sərgiləyiblər.