16 illik Viktor Orban dövrü rəsmən başa çatıb

16 illik Viktor Orban hakimiyyəti Macarıstanda rəsmən başa çatıb.

Sherg.az xəbər verir ki, 12 aprel seçkilərinin qalibi olan Peter Maqyar parlamentin ilk iclasında keçirilən səsvermə nəticəsində ölkənin yeni baş naziri seçilib.

Maqyarın rəhbərlik etdiyi Tisza Partiyası parlamentdə 199 yerdən 141-ni qazanaraq konstitusiya dəyişikliyi edə biləcək çoxluq əldə edib. Orbanın rəhbərlik etdiyi Fidesz Partiyası isə 52 mandatla kifayətlənib.